ABŞ-ın paytaxtı Vaşinqtonda erməni qeyri-hökumət təşkilatlarının keçirdiyi aksiyada bir qrup ABŞ vətəndaşı Atatürkün büstünü hücumlardan qoruyub.

Unikal.org xəbər verir ki,  Ermənistanın Azərbaycan mövqelərini və mülki yaşayış məntəqələrinə hücumundan sonra yaranan gərginliyin əks-təsiri dünyada davam edir. Ermənilər artıq Amerikada da aksiya keçirməyə başlayıb. Baş verən proseslər zamanı bir qrup afroamerikalı Atatürkün büstü qarşısında qollarını birləşdirərək onun təhlükəsizliyini təmin edib. Görüntülər birdən-birə sosial şəbəkələrdə gündəmə çevrilib.

Qeyd edək ki,  ABŞ-da ilk Atatürk heykəlini Ceffri Hall hazırlayıb. O, 2013-cü ildə ildə Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısına qoyulub.