Çində son gün ərzində 20 nəfərdə koronavirus faktı aşkarlanıb.

Unikal.org  xəbər verir ki, ölkədə bu günədək yoluxma sayı 85 470 nəfər olub.

Onlardan 80 628 nəfər sağalıb. Hazırda 208 nəfər aktiv virus daşıyıcısıdır. 4 634 nəfər isə virus səbəbilə həyatını itirib. 

Bildirək ki, Çində iki koronavirus daşıyıcısının vəziyyəti ağır olaraq qiymətləndirilir. Ölkədə ümumilikdə 160 milyon COVID-19 testi tətbiq olunub.