Azərbaycanlı idmançılar da cəbhəyə yollanaraq ordumuza dəstək verir. 

Unikal.org xəbər verir ki, cəbhəyə yollananlar arasında dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi Zabit Səmədov və MMA üzrə Yaponiyada keçirilən Rizin Qran Pri kəmərinin hazırkı sahibi Tofiq Musayev də var. 

Tanınmış azərbaycanlı idmançılar əsgərlərlə foto çəkərək sosial şəbəkədə paylaşıblar.