ABŞ prezidenti Donald Tramp bazar ertəsi koronavirus infeksiyasından müalicəsi aldığı “Walter Reed” Milli Hərbi Tibb Mərkəzindən Ağ Evə qayıdıb.

Unikal.org xəbər verir ki, onun qayıdışını yerli kanallar yayımlayıblar.

Amerika lideri mühafizəçilərin müşayiəti ilə maskada mərkəzin binasından çıxdı. Bildirilib ki, o, jurnalistlərin suallarına cavab verməkdən də yayınıb.