Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları sabiq baş nazir Jantor Satıbaldiyevi koloniyadan azad ediblər.

Unikal.org bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.

Məlumata əsasən, Satıbaldiyev 47 nömrəli koloniyadan müəssisənin əməkdaşlarının müşayiəti altında çıxıb.

Xatırladaq ki, bu gecə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar.

Həmçinin etirazçılar  Dövlət Təhlükəsizlik Xidmətinin binasına daxil olublar. Bildirilib ki, nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi azad ediblər.