Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə çalışırlar.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”nin hadisə yerində olan müxbiri məlumat yayıb.

Eyni zamanda Bişkekin meri Əziz Surakmatov öz istəyi ilə istefa verib.  Bu barədə onun müşaviri Gülya Almambetova məlumat verib. 

Həmçinin Dövlət Teleradio şirkətinin rəhbərinin də öz istəyi ilə istefa verdiyi bildirilir.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb.  Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. 

Bu gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.