Bişkek məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

Unikal.org xəbər verir ki, bu barədə “İnterfax.ru” eks-prezidentin vəkili Zamir Jooşevə istinadən məlumat verir.

2017-ci ildə Atambayev hakimiyyəti Sooronbay Jeenbekova təhvil verdikdən sonra ona və komanda üzvlərinə qarşı cinayət işləri açıldı. Bundan sonra Atambayev eks-prezident statusundan məhrum edildi və ağır və xüsusi ağır cinayətlər törətməkdə günahlandırıldı.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb.  Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. 

Bu gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.