Bu gün 2020-ci il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb. 

Unikal.org-un Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat britaniyalı fizik Rocer Penrouza qara dəliklərin tədqiqinə görə, almaniyalı astrofizik Raynhard Hentzelə və amerikalı astronom Andrea Qezə qalaktikamızın mərkəzində supermassivli kompakt obyektin  tapılmasına görə verilib.

Qaliblərin adları Stokholmda Nobel komitəsinin mərasimində elan edildi.