Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 36 milyonu ötüb.

Unikal.org xəbər verir ki, COVID-19-dan artıq 27,1 milyon insan sağalıb. Pandemiya ərzində təhlükəli infeksiya 1 053 837 insanın həyatına son qoyub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.