Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

Unikal.org-un  "gazeta.ru" xəbər saytına istinadən verdiyi xəbərə görə, "Vnukovo" hava limanında 4 aviareys ləğv edilib, 4 aviareys isə təxirə salınıb.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 2 aviareys ləğv edilib, 1 aviareys təxirə salınıb, "Dovomodedovo" hava limanında isə 14 aviareys təxirə salınıb.