Rusiya Xarici İşlər naziri Sergey Lavrovla iranlı həmkarı Cavad Zərif arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki,  bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş miqyasda eskalasiyadan ciddi narahatlıqları ifadə olunub. Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb”, - nazirlikdən bildirilib.

“Lavrov Rusiyanın həm milli potensialında, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüyü” çərçivəsində regionda sülhün tezliklə bərqərar olması üçün intensiv səylərini qeyd edib. Nazirlər Azərbaycan və Ermənistanla qonşu olan ölkələrin bu məsələdə oynaya biləcəyi mühüm rolu bir daha vurğulayıblar”, - məlumatda deyilir.