Gürcüstanda son sutkada daha 508 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.  

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 9 753 nəfərə çatıb. Onların 4 887-si sağalıb, 58-i isə vəfat edib. 

Karantin zonalarında 5 655, stasionar nəzarətdə 836 nəfər saxlanılır. 1 230 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə alır.