Ermənistanda daha 672 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 53 755-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 995-ə çatıb. İndiyədək 45 110 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 7 650 aktiv koronavirus xəstəsi var.