Dünyadakı milyarderlərin sərvəti 2020-ci ilin iyulun sonunda 10,2 trilyon dollara çatıb ki, bu da yeni  tarixi rekorddur.

Unikal.org xəbər verir ki, bu barədə İsveçrənin ən böyük bankı UBS-in hesabatında deyilir.

“Bu səviyyə  2017-ci ilin sonunda 8,9 trilyon dollar üzərində olan ən yüksək həddən çoxdur”, - deyə hesabatda bildirilir.

Bundan əlavə, hesabatda qeyd olunur ki, bu ilin aprel ayının əvvəlindən göstərici 27,5% artıb, həmin vaxt dünya milyarderlərinin ümumi sərvəti 8 trilyon dollara müvafiq idi.

Təşkilatlar bildirir ki, dünyada 2017-ci ildə 2158 nəfər olmasına baxmayaraq, hazırda 2189 milyarder var. Aprel ayının əvvəlində isə 2058 milyarder var idi.