Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah çərşənbə günü dövlət başçısı kimi varisinin adını açıqladı. 

Unikal.org KUNA xəbər agentliyinə istinadla xəbər verir ki, yeni monarx vəliəhd kimi kiçik qardaşı Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahı təyin edib.

Milli Qvardiyanın komandirinin 80 yaşlı müavininin namizədliyi hakim ailənin bir neçə üzvü tərəfindən dəstəklənib.

KUNA-nın məlumatına əsasən, cümə axşamı, ölkənin Milli Məclisi (Parlamenti) bu sessiyasının son iclası üçün bir araya gələcək və millət vəkilləri xüsusi prosedurda yeni vəliəhd şahzadəyə sadiq olduqlarını bildirəcəklər.

Xatırladaq ki, Küveyt əmiri 91 yaşlı Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah sentyabrın 29-da vəfat etdi. Ertəsi gün onun doğma qardaşı, 83 yaşlı Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni Əmir kimi and içib.