Braziliyada son sutka ərzində daha 31 553 nəfərin koronavirus infeksiyasına yoluxması, 734 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 000 694 nəfər yoluxub. Bu müddət ərzində 148 228 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 391 424 xəstə müalicə olunaraq sağalıb.