Ermənistanın Lori vilayətində 39 dezinteriya faktı aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı Ermənistan səhiyyə nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Lori vilayətinin Katnarat kəndindən Taşir rayon hospitalına bağırsaq infeksiyası ilə 6 pasiyent gətirilib. Oktyabrın 6-dan 8-dək aparılan epidemioloji araşdırma nəticəsində 33 nəfərin dezinteriyaya yoluxduğu aşkarlanıb. Məlum olub ki, məhəllələrdən birindəki su mənbəyi dezinteriyanın ocağı olub.