İngiltərə Premyer Liqası klubu "Arsenal"ın Akademiyası bağlanıb. 

Unikal.org xəbər verir ki, buna səbəb "topçular"ın üzvlərindən bəzilərinin koronavirusa yoluxmasıdır. Bu barədə klub rəsmi məlumat yayıb və "Hale End" adlı Akademiyanın bağlanmasını təsdiqləyib.

Akademiya Çərşənbə axşamına qədər bağlı olacaq və dərindən təmizlənmə işləri görüləcək. Ancaq bundan sonra klub rəhbərliyi digər seçimləri gözdən keçirəcək.