Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 58 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  117 101 şübhəli koronavirus testindən keçib, onlardan 1615-nin cavabı pozitiv çıxıb, 1398  xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 1403 nəfər olub.   

Türkiyədə ümumilikdə 330 753 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8667 nəfər ölüb.