"Yuventus”un hücumçusu Kriştiano Ronaldunun evindən oğurluq edilib.

Unikal.org xəbər verir ki, naməlum şəxs ulduz futbolçunun Madeyra adasında (Portuqaliya) yerləşən malikanəsinə basqın edib.

Oğru K.Ronaldunun dəyəri 200 avro olan və şəxsi imzasını atdığı formasını və bir neçə əşyasını oğurlayıb.

Oğurluğu həyata keçirən şəxs təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hüquq-mühafizə orqanları insidentin detallarını araşdırır.

Son məlumatlara əsasən, artıq bir nəfər şübhəli şəxs kimi istintaqa cəlb edilib.