Gürcüstanda son sutkada daha 527 nəfərə koronavirus diaqnozu qoyulub, 313 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 10 752 nəfərə çatıb. Sağalanların sayı 5 866, ölənlərin sayı isə 72 olub.

Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. 1 338 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.