Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hökuməti və baş nazir Kubatbek Boronovu istefaya yollayıb.

Unikal.org prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı fərman imzalayıb.

İstefaya göndərilən Qırğızıstan hökumətinin üzvləri yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.