ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran iqtisadiyyatına qarşı tədbirlər çərçivəsində oktyabrın 8-də bu ölkənin 18 iri bankına qarşı sanksiya tətbiq edib.

Unikal.org qurumun məlumatına istinadən xəbər verir ki, bunlardan 16-sı İran maliyyə sektorunda apardıqları əməliyyatlara, 1-i sanksiya altındakı bankın mülkiyyətində və ya nəzarətində olduğuna, 1-i isə İranın hərbi sisteminə bağlılığına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

ABŞ-ın maliyyə naziri Steven Mnuçun sözügedən bankların qanunsuz dollar hesablaşmalarını dayandırmaq barədə öhdəliyi pozduqlarını bildirib: “Bizim sanksiya proqramımız İran terrorçuluğa dəstəyinə son verənə və nüvə proqramını dayandırana qədər davam edəcək"