ABŞ-ın Kolorado əyalətində gənc cütlük təyyarə qəzası zamanı faciəli şəkildə həlak olub.

Unikal.org xəbər verir ki, ABŞ-da yeni ailə quran cütlüyün sevinci ölümlə nəticələnib. Toyları üçün Kolorado əyalətinə yollanan cütlük evlərinə qayıdan zaman təyyarədə qəzaya uğrayaraq həyatlarını itiriblər. Kostas Con Sivyllis adlı bəy pilot olmasına baxmayaraq təyyarənin idarəetməsini itirib. Cütlüyün qəzada həlak olması xəbərini Lindsey Voqelar adlı gəlinin bacısı sosial media hesabında xəbər verib.