Fransanın paytaxtı Parisdə ermənilərin keçirdiyi aksiya zamanı polis gözyaşardıcı qazdan istifadə etməklə aksiyanı dağıtmağa çalışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Zəfər Tağı“ ətrafında aksiya keçirən ermənilər asayişi pozduqları üçün polisin müqaviməti ilə qarşılaşıblar.

Aksiya “Zəfər Tağı“ ətrafında nəqliyyatın gedişini iflic vəziyyətinə salıb. Bu isə parislilərin narazılığına səbəb olub.

Kütləvi tədbirdə məqsəd Dağlıq Qarabağda gedən döyüşlərdə fransızlardan kömək istəmək olub.