"Milan"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusdan sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb: "Özümü daha yaxşı hiss edirəm.

Həkimlər mənə yaxşılaşdığımı və karantinin bitdiyini söylədi. Onlar artıq çölə çıxa biləcəyimi bildirdilər". Klub da isveçli oyunçunun koronavirus testinin ardıcıl iki dəfə mənfi çıxdığını təsdiqləyib.

Qeyd edək ki, İbrahimoviç sentyabrın 24-ü koronavirusa yoluxmuşdu.