Bişkekin mərkəzində Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin avtomobilinə atəş açan şəxs kameralar tərəfindən qeydə alınıb.

Unikal.org xəbər verir ki, video “Telegram” kanallarında yayımlanıb.

İnsident Qırğızıstanın mərkəzindəki Ala-Too meydanında baş verib. Eks-prezident onun həyatına sui-qəsd təşkil edildiyini iddia edir.