Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.

Unikal.org-un məlumatına görə, hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusuna yerləşdirildiyi aşkarlanıb.

Gürcüstan tərəfi sayıqlıq nümayiş etdirərək Ermənistana mülki maşınla silahların daşınmasının qarşısını alıb.