UEFA Millətlər Liqasının III turunda keçirilən Monteneqro - Azərbaycan matçında hesab açılıb. 

Unikal.org xəbər verir ki, 9-cu dəqiqədə Stevan Yovetiç meydan sahiblərini önə keçirib. 

17:13

UEFA Millətlər Liqasının III turunun Monteneqro - Azərbaycan matçı start götürüb.

Unikal.org xəbər verir ki, Podqoritsa şəhərindəki "Qradski" stadionunda qarşılaşma 17:00-da başlayıb.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu milli komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib.

İlk 2 oyununda Monteneqro Kipr (2:0) və Lüksemburq (1:0) üzərində səfər qələbələrinə imza atıb.