ABŞ-ın Kolorado ştatında tüğyan edən meşə yanğınları Fort-Karson hərbi bazasının ərazisinə də keçib.

Unikal.org xəbər verir ki, bu barədə “Denver Post” məlumat yayıb.

Yanğının bazanın təlim zonasına keçdiyi deyilir.

Qeyd edilir ki, meşə yanğınları ümumilikdə 240 hektara yaxın ərazini cənginə alıb. Yanğının söndürülməsində 100-dən çox yanğınsöndürən iştirak edir.