UEFA Millətlər Liqasının IV turunda qarşılaşacaq Azərbaycan və Kipr yığmalarının start heyətləri açıqlanıb.

Unikal.org xəbər verir ki, Azərbaycan millisinin heyətində meydana Şahrudin Məhəmmədliyev, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abbas Hüseynov, Azər Salahlı, Anton Krivotsyuk, Qara Qarayev, İsmayıl İbrahimli, Ramil Şeydayev, Rəhim Sadıxov və Vüqar Mustafayev çıxacaqlar.

Kipr komandasının ilk onbirliyində Dimitris Dimitriou, Xristos Uiler, Konstantinos Laifis, Andreas Karo, Minas Antoniu, Qriqoris Kastanos, Kostakis Artimatas, Xaralambos Kiriaku, Marinos Tzionis, Dmitris Kristofi və Pieros Sotiryu yer alacaqlar.

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.