“Onlar mənim anamla atamı şəhid etdilər”. Bu sözləri 11 oktyabr Gəncə terroru zamanı hər iki valideynini itirən 8 yaşlı Hüseyn deyir.

Unikal.org İctimai televiziyaya istinadən xəbər verir ki, hadisə baş verəndə Hüseyn nənəsigildə olub. Bacısı Sevil isə həmin gecə sonuncu dəfə valideynləri ilə birlikdə olub. Sevil ata və anasının ölümünü hələ də qəbul edə bilmir.