Türkiyənin Çanaqqala şəhərindəki tarixi Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Unikal.org xəbər verir ki, şəhər bələdiyyəsinin bu addımı sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb və böyük marağa səbəb olub.

Çanaqqala Bələdiyyəsinin Tvitter səhifəsində də bununla bağlı paylaşım edilib:

“Sülhün şəhəri Çanaqqala olaraq işğal altındakı torpaqlarını müdafiə edən dost və qardaş ölkə Azərbaycanın yanındayıq”.