Dünya Bankının İcraçı Direktorlar Şurası inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar ayrılmasını təsdiqləyib. 

Unikal.org xəbər verir ki, bu barədə requlyatorun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, vəsaitlər inkişaf etməkdə olan ölkələrə koronavirus peyvəndləri, testlər və COVID-19-un müalicəsi üçün dərmanların alınması və sakinlər arasında paylanması üçün ayrılır.