Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ev dustaqlığına buraxıla bilər.

Unikal.org xəbər verir ki, belə bir bəyanatla ölkənin yeni Baş naziri Sadır Japarov mətbuat konfransında çıxış edib.

“Onu həbsdə saxlamamaq da olardı, istintaq bitənə qədər ev dustağına  buraxıla da bilərdi. Lakin buna məhkəmə qərar verməlidir”, -deyə Baş nazir bildirib.

Xatırladaq ki, Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov Sadır Japarovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.