Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında uğurlu antitterror əməliyyatı keçirib.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İraqın Sincar bölgəsində PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən biri zərərsizləşdirilib.

Məlumata görə, məhv edilən Fuat Zengin “Serhat Patnos” ləqəbi ilə fəaliyyət göstərib. O, təhlükəli terrorçular sırasında axtarışda olub.