Bakının Xəzər rayonunda bədbəxt hadisə zamanı iki nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Baba Əliyev küçəsi 15 ünvanında daş hasar uçub. Uçqun zamanı 1994-cü il təvəllüdlü  Mikayılov Niyaz Əlövsət oğlu və İsmayılov Tofiq Süliddin oğlu daş hasarın altında qalıb.

Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.