Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun arasında telefon danışığı olub.

Unikal.org  xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev özünün Tvitter hesabında yazıb.

“Ölkələrimizə qarşı aparılan qara təbliğata, dezinformasiyaya tab gətirmək üçün birgə fəaliyyətlərimizi, əməkdaşlığımızı nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib təşəbbüsdür”, - Hacıyev bildirib.