Ermənistanda daha 1 371 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 59 995-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 1 039-a çatıb. İndiyədək 46 119 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 11 519 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistanda 1 058 yoluxma, 7 ölüm faktı qeydə alınmışdı.