“Şuşada olan Rus Provaslav Kilsəsinin vurulması ilə bağlı iddialar ermənilərin növbəti təxribatıdır. Onlar bununla demək istəyirlər ki, bizim kilsələri dağıdırlar, vururlar”.

Unikal.org xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Mən öz dövlətimi bilirəm. Azərbaycan dövləti heç bir zaman dini məbədlərə hücum etməz. Biz heç vaxt məbədlərə qarşı çıxmamışıq”.