Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığı olub. 

Unikal.org xəbər verir ki, Ərdoğan görüşdə Azərbaycanın 20 faiz torpağının, Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunduğunu bildirib. 

Eyni zamanda, Türkiyə Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa uyğun addım ataraq dünya tərəfindən tanınan sərhədlərini bərpa etdiyini vurğulayıb.