“Gürcüstan hərbi yüklərin tranziti üçün öz ərazilərindən istifadəyə birmənalı olaraq yol verməyəcək”.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya deyib.

Onun sözlərinə görə, Gürcüstanın hazırkı eksalasiyada tərəf və ya aktor kimi tanınmaması çox vacibdir:

“Buna görə də hər hansı bir sual yarananda biz dərhal qonşularımızın narahatlığına cavab veririk. Bir daha təkrar edirik ki, Gürcüstan münaqişənin tam deeskalasiyasına qədər hərbi təyinatlı yüklərin daşınması üçün hava məkanını bağlayıb”.