Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, CNN Türk telekanalları, “Akşam”, “Milliyyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. qəzetləri, həmçinin bir sıra xəbər portalları yayıb.