“Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa ziddir”.

Unikal.org xəbər verir ki, bu barədə Türk Şurasının “Twitter” səhifəsində paylaşım edilib.

“Türk Şurası Ermənistanın Gəncə şəhərinə və azərbaycanlı mülki şəxslərə qarşı ballistik raketlərə hücumlarını pisləyir. Ermənistan mülki əhaliyə hücumunu dayandırmalı və işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır”, - deyə məlumatda qeyd olunub.