Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 25 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 15 kv/m olan talvarın lambirindən ibarət tavanı 3 kv/m sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.