ABŞ-ın Arizona ştatının Mesa şəhərində avtodayanacaq yaxınlığında atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  naməlum şəxslər avtomobildən ərzaq köşklərinin qarşısında toplaşmış şəxslərə atəş açıblar.

Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 4-nün uşaq olduğu bildirilir. Yaralananlardan  1 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilib. 

Faktla bağlı araşdırma aparılır.