Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 37 hərbçisinin adını açıqlayıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 710-a çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları döyüşlərə cəlb edir. Onlar arasında ölən və yaralananların statistikası aparılmır.