Dünyada yeni növ koronavirus (COVID-19) daşıyıcılarının sayı 40 milyonu ötüb. 

Unikal.org xəbər verir ki, bu barədə “worldometers" saytı məlumat yayıb.  

Belə ki, indiyədək 40 278 207 nəfər koronavirusa yoluxub, 1 118 321 nəfər bu virusdan dünyasını dəyişib, 30 112 204 nəfər sağalıb.

Hazırda dünyada 9 047 682 aktiv koronavirus xəstəsi var ki, onlardan da 71 995-nin vəziyyəti ağır qiymətləndirilir.