“Ermənistanın ordu sıralarında başqa ölkələrdən gələn şəxslər döyüşür. Suriya və Livanla yanaşı, ABŞ, Kanada və xüsusilə Fransadan gələn ermənilər Ermənistanın ordu sıralarına qoşulur”.

Unikal.org “HaberTürk”ə istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn tədbirində çıxışı zamanı deyib.

“PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar”, - deyə H.Hacıyev bildirib.