Fransanın paytaxtı Parisdəki Eyfel Qülləsinin yaxınlığında iki müsəlman qadın hücuma məruz qalıb. 

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, qadımlar iki həmcinsi tərəfindən bıçaqlanıb. 

Hücuma məruz qalanlar Əlcəzair əsilli Kenza və Amel adlı qadınlardır. Kenzanın sözlərinə görə, onlar həmin qadınlardan itlərinin xaltalarını bağlamasını istəyiblər və bundan sonra mübahisə düşüb. 

Mübahisə zamanı qadınlar “pis ərəblər” qışqıraraq, bıçaqla müsəlman həmcinslərinə hücum edib. 

Yaralılara yaxınlıqdakı mağazanın işçisi yardım edib. Hücum edən qadınlar polislər tərəfindən saxlanılıb.